Musiqi dinləməyin Alzheimer xəstələrinə faydaları AÇIQLANDI

  • 2024.07.01 23:52
  • 486 Baxış
Musiqi dinləməyin Alzheimer xəstələrinə faydaları  AÇIQLANDI
Tədqiqatçılar müəyyən ediblər ki, mahnıya qulaq asmaq və ya mahnı oxumaq Alzheimer xəstələri üçün faydalı ola bilər.

Medicina.az xəbər verir ki, bu, xəstələrə emosional və davranış baxımından faydalıdır.

Alzheimer xəstəliyi demensiyanın ən çox rast gəlinən səbəbidir. Bu, yaddaşa, düşüncəyə və sosial qabiliyyətlərə ciddi təsir edən bir qrup simptomu təsvir etmək üçün istifadə olunan termindir. Həmin simptomlar insanın gündəlik həyatına birbaşa mane olur.

Yaddaş itkisi Alzheimer xəstəliyinin ən əhəmiyyətli simptomudur. Xəstəliyin ilkin əlaməti son hadisələri və ya söhbətləri xatırlamaqda çətinlik çəkməkdir. Xəstəlik irəlilədikcə yaddaşın pozulması davam edir və vəziyyət pisləşir. Belə ki, işləmək, hətta evdən çölə çıxdıqda geri qayıdıb evi tapmaq qabiliyyəti belə itir.

Alzheimer xəstəliyində musiqi yaddaşı adətən qorunur. Çünki musiqi yaddaşı ilə əlaqəli əsas beyin bölgələri xəstəlikdən elə də zərər görmür.

Tədqiqatlar göstərir ki, mahnılara qulaq asmaq və ya onları zümzümə etmək Alzheimer və demensiya xəstələri üçün emosional və davranış baxımından faydalar təmin edə bilər.

Musiqi həm də narahatlıq və sıxıntıları azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. Həmçinin xəstələrin yaxınları ilə ünsiyyət qurmasına imkan verə bilər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, 2020-ci ildə ABŞ-da 5,8 milyon insan Alzheimer xəstəliyi ilə yaşayırdı. Bu rəqəmin 2060-cı ilə qədər təxminən üç dəfə artaraq 14 milyon nəfərə çatacağı proqnozlaşdırılır.


Aysel