Qan şəkərini aşağı salan ən təsirli ədviyyat hansıdır? - Diabet xəstələri mütləq oxusun!

  • 2024.05.23 18:38
  • 784 Baxış
Qan şəkərini aşağı salan ən təsirli ədviyyat hansıdır? -   Diabet xəstələri mütləq oxusun!
Yüksək qan şəkəri zamanla diabetə çevrilir. Mətbəxdəki bəzi ədviyyatlar qan şəkərini dərhal aşağı salaraq bu təhlükəni azalda bilər.

Ədviyyatlar təkcə dadı ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə süfrələrdə öz yerini tutur.

Medicina.az faydaları araşdırmalarla sübuta yetirilən və qan şəkərini aşağı salan ədviyyatları təqdim edir:

Qan şəkərini aşağı salan ədviyyatlar dedikdə ağıla ilk gələn darçın olur. Qan şəkərini azaltmaq və insulin müqavimətini artırmaq üçün darçın bəlkə də ən çox tövsiyə olunan ədviyyatdır. Amma zəncəfil də qan şəkərini tez aşağı salan ədviyyatlardan biridir.

Xroniki yüksək qan şəkəri diabetli insanlar üçün təhlükəlidir və ürək xəstəliyi, böyrək xəstəliyi və sinir zədələnməsi kimi ağırlaşmalarla bağlı riski artıra bilər.

Qan şəkərini aşağı salan 1 nömrəli ədviyyat zəncəfildir. Pandemiya dövründə adını tez-tez eşitdiyimiz zəncəfil iltihabla mübarizə aparır.

2024-cü ildə “Nutrients” jurnalında dərc edilən araşdırma çərçivəsində tədqiqatçılar Aralıq dənizi pəhrizində çox rast gəlinən otların və ədviyyatların (qaraçörəkotu, mixək, cəfəri, zəfəran, kəklikotu, zəncəfil, qara istiot, rozmarin, sarıkök, reyhan və s.) təsirlərini araşdırıblar.

Onlar acqarına qan şəkərinin səviyyəsini, qlikasiya olunmuş hemoglobin (A1C) və insulin konsentrasiyasını ölçüblər.

Zəncəfil, sarıkök, zəfəran və darçın aclıq qan şəkərini əhəmiyyətli dərəcədə azaldıb. Qaraçörəkotu və zəncəfil isə A1C və insulin səviyyəsini aşağı salıb.

Zəncəfilin xolesterol üçün də faydalı olduğu anlaşılıb. Bu ədviyyat həmçinin həzm üçün də yararlıdır.

Ancaq yüksək qan şəkəri və diabetdən əziyyət çəkənlər çarəni sadəcə ədviyyatlarda axtarmamalıdırlar. Bunlar sadəcə köməkçi vasitələrdir.

Amerika Ürək Dərnəyi qeyd edir ki, müntəzəm məşq, stressin idarə edilməsi, adekvat yuxu və siqaretdən imtina kimi həyat tərzi faktorları da qan şəkərini azaltmağa kömək edən vacib strategiyalardır.

Bəzi ekspertlər gecələr kifayət qədər yatmağın qan şəkərinə müsbət təsir etdiyini bildirirlər. Gecələr kifayət qədər yuxu almaq və gün ərzində xüsusilə yeməkdən sonra daha çox hərəkət etmək çox yararlıdır. Yeməkdən sonra 10-15 dəqiqə gəzməyin insulinə həssaslığı artıraraq, yeməkdən sonra qan şəkərinin səviyyəsini xeyli aşağı saldığını göstərən araşdırmalar var.


Aysel