Qarğıdalı ilə bağlı qalmaqallı QƏRAR

  • 2024.07.02 17:27
  • 566 Baxış
Qarğıdalı ilə bağlı qalmaqallı  QƏRAR
Avropa İttifaqı (Aİ) Komissiyası geni dəyişdirilmiş qarğıdalıdan qida və heyvan yemi kimi istifadəyə icazə verib.

Medicina.az xəbər verir ki, Aİ Komissiyası iki geni dəyişdirilmiş qarğıdalı bitkisinə icazə verildiyini, başqa bir geni dəyişdirilmiş qarğıdalı növünün isə qida və heyvan yemi üçün istifadə icazəsinin yeniləndiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, Komissiyanın icazə qərarları ilə geni dəyişdirilmiş qarğıdalı növləri yalnız qida və heyvan yemi kimi istifadə üçün idxal oluna bilər və onların Aİ-də becərilməsinə icazə verilmir.

O da qeyd olunub ki, təsdiq edilmiş qarğıdalı sortları insan və heyvan sağlamlığının, ətraf mühitin yüksək səviyyədə qorunmasını təmin edən hərtərəfli və ciddi qiymətləndirmə prosedurundan keçib.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının da müsbət elmi qiymətləndirmə apararaq, geni dəyişdirilmiş qarğıdalıların ənənəvi analoqları qədər təhlükəsiz olduğu qənaətinə gəldiyi xatırladılıb.

Açıqlamada, qarğıdalı sortlarına verilən icazələrin 10 il müddətində qüvvədə olacağı, geni dəyişdirilmiş qarğıdalıdan istehsal edilən bütün məhsulların Aİ-nin ciddi etiketləmə və izləmə qaydalarına tabe olacağı bildirilib.


Aysel