Rütubətli havada sağlamlığı qorumaq üçün nə etmək olar?

  • 2024.07.05 12:20
  • 612 Baxış
Rütubətli havada sağlamlığı qorumaq üçün  nə etmək olar?
Yayın istisi gündəlik həyatı çətinləşdirsə də, rütubətli hava vəziyyəti daha da dözülməz edir. Mütəxəssislər bunun sadəcə narahatlıq hiss etməklə bağlı olmadığını, rütubətin insan orqanizminə əlavə yük olduğunu bildiriblər.

İnsan bədəni həddindən artıq qızdıqda, özünü sərinlətmək üçün tərləyir. Tər buxarlanarkən enerjidən istifadə edərək bədənin temperaturunu azaldır. Ancaq yüksək rütubət olduqda, tər kifayət qədər buxarlana bilmir, çünki hava demək olar ki, tamamilə nəmlə dolu olur. Buna görə də soyuya bilməyən bədən daha çox tər ifraz edərək özünü soyutmağa çalışır.

Alimlər bildirilər ki, bu vəziyyət sağlamlıq problemlərinə səbəb ola bilər. Tərlədikcə orqanizm su itirir. Bundan əlavə, bədənin soyuya bilməməsi isti vurmasına səbəb ola bilər. Yüksək temperatura çatan bədən artıq öz temperaturunu idarə edə bilmir və orqanlar düzgün işləməməyə başlayır. Mütəxəssislər şüur itkisi və ya qıcolmalara səbəb olan isti vurmasının insanı öldürə biləcəyini diqqətə çatdırırlar.

Rütubətli hava, həmçinin tənəffüs yollarının daralmasına səbəb ola bilər. Belə havada astma və xroniki ağciyər xəstəliyindən əziyyət çəkən insanlar xüsusilə risk altında olur.

Bəs rütubətli havada sağlamlığı qorumaq üçün nə etmək olar?

Medicina.az mütəxəssislərin bununla bağlı tövsiyələrini təqdim edir:

- Susamağı gözləmədən su için.

- Meyvə şirələri, ayran, kefir və tərkibində çox su olan qidalar da istehlak edilə bilər.

- Spirtli içkilərdən uzaq durun.

- Kondisionerlər rütubəti azaldır. Kondisioneri olmayanlar pəncərələri açıb ventilyatorun qarşısına soyuq su qoya bilərlər.

- Hava keçirən parçalardan tikilmiş geyimlər geyinin.

- Şəkərli diabet və ürək xəstəliyi olanlarda başgicəllənmə və qusma əlamətləri yaranarsa, dərhal həkimə müraciət edilməlidir.


Aysel