Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcili tibbi yardım qəzaya uğradı - Həkimlər yaralandı

  • 2024.11.08 16:58
  • 832 Baxış
Təcili tibbi yardım qəzaya uğradı   - Həkimlər yaralandı

Noyabrın 6-da saat 15 radələrində Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 təcili tibbi yardım işçisi Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə, avtomobilin sürücüsü olan 1980-ci il təvəllüdlü şəxsə (kişi cinsi) döş qəfəsi və bel nahiyəsinin əzilməsi, 1983-cü il təvəllüdlü tibb bacısı və 1988-ci il təvəllüdlü feldşerə (qadın cinsli) isə qapalı kəllə-beyin travması diaqnozları təyin olunub.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda stasionar şəraitdə müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır stabil olaraq qiymətləndirilir.