Tibb kollecində robot üzərində doğuş təqdim edildi

  • 2024.06.06 15:38
  • 2373 Baxış
Tibb kollecində robot üzərində   doğuş təqdim edildi


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində 2 nömrəli Bakı Baza Tibb kollecində son nəsil robot olan JV/F 10002 avtomatik doğuş simulyatorunun təqdimatı keçirilib.



"Medicina" xəbər verir ki, tələbələrə stimulyatorun köməyi ilə mamalıq palpasiya müayinələrini aparmaq, dölün ürək döyüntüsünün auskultasiyasını etmək, bütün real doğuş prosesini immitasiya etməyə imkan verən avtomatik doğuş prosesini izləmək, uşaqlıq boynunun açılma dərəcəsini qiymətləndirmək, doğuşdan sonrakı kəsiklərin aparılması və tikişlərin qoyulmasını məşq etmək, dərmanların yeridilməsi üçün hamilənin venadaxili kateterizasiyasını aparmaq göstərilib.

Təqdimatda kollecin direktoru və müavinlər iştirak edib.

Medicina.az