Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vərəm peyvəndi uşaqlara nə vaxt vurulmalıdır?

  • 2024.11.22 16:17
  • 765 Baxış
Vərəm peyvəndi uşaqlara nə vaxt vurulmalıdır?

Vərəm dünyada ən çox ölümlə nəticələnən infeksion xəstəliklərdən biri hesab olunur. Aktiv və müalicə olunmayan vərəm xəstəsi bir ildə 15-ə qədər digər şəxsi yoluxdura bilər.

"Medicina" xəbər verir ki, vərəmin skrininq müayinəsinin standart hala salınması xəstəliklə bağlı stiqmanı azaltmağa kömək edə bilər. Stiqma ilə üzləşmək qorxusu çox vaxt insanların xəstəlik ağırlaşana qədər tibbi yardım üçün müraciət etməyi yubandırmasına səbəb olur.

Vərəm xəstəliyinin yayılmasının qarşısını alınması üçün onun erkən aşkarlanması, dəqiq diaqnostikası, effektiv müalicəsi, vərəm mikobakteriyaları ifraz edən xəstələrlə təmasların müəyyənləşdirilməsi, habelə onların profilaktik müalicəyə cəlb edilməsi və risk qruplarının müəyyən olunması vacibdir.


Vərəm xəstəliyinin əsas simptomları 2-3 həftədən artıq bəlğəmli öskürək, döş qəfəsində ağrı, 2-3 həftədən artıq yüksək hərarət, tərləmə, sürətli çəki itirilməsi, ümumi zəiflik, halsızlıqdır.

Vərəm və onun yaratdığı fəsadların qarşısının alınması üçün uşaqlar vaxtında peyvənd olunmalıdır.
Bu məqsədlə uşağın doğulduqdan sonra 12 saat ərzində BSG peyvəndi vurulur.

Peyvənd vurulduqdan sonra xəstəliyə qarşı qazanılmış immunitet insana ömrünün sonunadək kifayət edir.

medicina.az