Xərçəngin daha bir səbəbi tapıldı – İllər öncəsindən...

  • 2024.07.04 17:41
  • 543 Baxış
Xərçəngin daha bir səbəbi tapıldı –  İllər öncəsindən...
İllərdir siqaret, həddindən artıq içki və qeyri-sağlam qidalanmanın xərçəngə səbəb olan faktorlar arasında olduğu deyilir. Lakin bəzi araşdırmalar göstərir ki, ölümcül xəstəliyin inkişafında başqa bir amil də rol oynaya bilər.

Medicina.az xəbər verir ki, araşdırmalara görə, tək bir travmatik hadisə belə orqanizmin müdafiə sistemini zəiflədə, şişlərin əmələ gəlməsi üçün mükəmməl şərait yarada bilər.

Problemli bir boşanma prosesi, ailə üzvünün ölümü və ya ciddi zədə qalıcı təsir göstərə bilər. Belə ki, bunları təcrübə edən insanlar həyatlarının qalan hissəsində stresə daha dözümsüz ola və potensial olaraq xərçəng riskini artıra bilərlər.

2019-cu ildə 54 000-dən çox qadınla aparılan araşdırmaya görə, avtomobil qəzası və ya təcavüz kimi travmatik bir hadisə yaşamış və travma sonrası stress simptomları (TSSB) göstərən qadınlarda yumurtalıq xərçənginə tutulma ehtimalı travma almamış qadınlara nisbətən iki dəfə çox olub.

2022-ci ildə 278 xəstə ilə aparılan başqa bir araşdırma, baş, boyun və mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan xəstələrin əksəriyyətinin xərçəngdən əvvəlki beş il ərzində güclü stresə məruz qaldığı bir hadisə ilə üzləşdiyi anlaşılıb.

“TSSB və ya ömür boyu emosional problemlərə səbəb olan stresli hadisələr sağlamlığınıza təsir edə bilər və bir sıra tibbi vəziyyətlərin inkişaf ehtimalını artıra bilər. Məsələn, stres və ürək xəstəlikləri arasındakı əlaqə xərçənglə əlaqədən qat-qat güclüdür. Yüksək stres səviyyəniz varsa, xərçəng yaranma ehtimalı artır”, - deyə Dr. Endria Linn Roberts bildirib.


Aysel