"Yaban Bulvar"da Çexiya Pivə Günü - Maraqlı anlar - FOTO-VİDEO

  • 2024.06.03 14:41
  • 826 Baxış
"Yaban Bulvar"da Çexiya Pivə Günü -  Maraqlı anlar - FOTO-VİDEO
Mayın 31-də "Azerish LTD" və "Ilchin LTD" şirkətlərinin rəhbəri Vüsal Şərifov və Çex Respublikası səfirliyinin birgə təşəbbüsü ilə "Yaban Bulvar"da Çexiya Pivə Günü adlı möhtəşəm tədbir keçirilib.

Medicina.az xəbər verir ki, tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri, Çex Respublikasının Azərbaycandakı səfirliyinin təmsilçiləri və 20-dən çox ölkənin Bakıdakı səfir və diplomatları iştirak ediblər.

Tədbir Çex Respublikasının səfirliyinin nümayəndəsi Martin Lubojacky və Vüsal Şərifovun açılış nitqi ilə başlayıb. Daha sonra iştirakçılara məşhur Çexiya pivələri - "Prazacka" və "Budweiser", eləcə də Çexiya mətbəxinin gözəl təamları təqdim olunub.

Qonaqlar tədbirdən razı qaldıqlarını məmnunluq hissi ilə bildirdilər. Tədbir boyunca ən maraqlı anlar fotoçəkilişlər aparılmaqla əbədiləşdirilib.

Ünvan: Yeni Bulvar (Su idman sarayının yaxınlığı)
Telefon: +994 12 504 34 34; +994 50 230 34 34