Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri

  • 2026.06.16 23:20
  • 37 Baxış
Ağac yarpaqları ilə müalicə   - Unudulan şəfa sirləri


Xalq təbabətində bitkilərin yalnız kökü və meyvəsi deyil, yarpaqları da geniş istifadə olunub. Bir çox mədəniyyətdə yarpaqlar “təbii aptek” kimi dəyərləndirilib.

Bəs, hansı ağacların və bitkilərin yarpaqları daha şəfavericidir?

Medicina.az şəfalı yarpaqları təqdim edir:

Üzüm yarpağı – iltihab və ağrılar üçün kompreslərdə
Qoz yarpağı – dəridə və yaralarda təbii antiseptik kimi
Nanə yarpağı – mədə və həzm problemlərində
Zeytun yarpağı – immunitet və ümumi zəiflikdə
Dəfnə yarpağı – bədəndə “təmizləyici” təsir üçün çay kimi


Necə istifadə olunurdu?
Ən çox 3 üsul var:

Çay (dəmləmə) – daxili orqanlar üçün
Kompress – ağrı və şişkinliklərdə
Tüstüləmə / buxar – nəfəs və sinus problemlərində



Keçmişdə insanlar inanırdı ki, yarpaqlar yalnız bədəni yox, “enerjini də təmizləyir”. Buna görə bəzi evlərdə qurudulmuş yarpaqlar xüsusi yerlərdə saxlanırdı.

Aygün Musayeva