Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.
Medicina.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusu açıqlamasına görə, KDR-in şimal hissəsində yerləşən İturi əyalətində indiyədək 30 nəfərin virusa yoluxduğu dəqiqləşib: "Uqanda tərəfi isə paytaxt Kampalada təsdiqlənmiş iki xəstələnmə faktı barədə ÜST-ni məlumatlandırıb. Həmçinin, Konqo Demokratik Respublikasından gəlmiş həmin iki şəxsdən birinin artıq öldüyü məlum olub".
Təşkilat rəhbəri vurğulayıb ki, rəsmiləşmiş hallarla yanaşı, 500-ü aşan şübhəli fakt və 130 ölüm hadisəsi mövcuddur. O, bölgədəki fəaliyyətlərin, xüsusilə də nəzarət tədbirlərinin artırılması, təmasda olanların axtarışı və laborator yoxlamaların miqyası böyüdükcə bu göstəricilərin yenilənəcəyini diqqətə çatdırıb.
"İşçi qruplarımız infeksiyaya şübhəli olan faktları aşkar edir. Bu tarixə qədər 118 nəfərin ölümü faktı qeydə alınıb. Həmin faktların bilavasitə virusla bağlı olub-olmaması hələ də tədqiq edilir".
KDR-in rəsmi nümayəndəsinin bildirdiyinə əsasən, Şimali Kivu və İturi əyalətlərində 435 nəfərdə yoluxma şübhəsi müəyyənləşib. P.Muyaiya əhalini təşvişə düşməməyə və qoruyucu qaydalara ciddi şəkildə əməl etməyə səsləyib.
Medicina.az