Hantavirusla bağlı qorxunc iddia: İllərlə evdən çıxa bilməyəcəyik

  • 2026.05.20 12:45
  • 338 Baxış
Hantavirusla bağlı qorxunc iddia:  İllərlə evdən çıxa bilməyəcəyik

Türkiyəli professor Dr. Oytun Erbaş hantavirusla bağlı açıqlamaları ilə mətbuatın manşetlərinə çıxıb. Erbaş, virusun Covid-19-dan daha ağır nəticələrə səbəb ola biləcəyini iddia edib.

Medicina.az xəbər verir ki, Erbaş, potensial qlobal pandemiyanın bəşəriyyət tarixinin gedişatını dəyişdirə biləcəyini deyib.



2018-ci ildən bəri hantavirusla bağlı tədqiqatların aparıldığını bildirən Prof. Dr. Erbaş, sprey əsaslı peyvəndlərin hazırlandığını bildirib:

"Bu, bütün dünyaya təsir edə biləcək ciddi bir virusdur".

Hantavirusun Covid-19-dan daha ağır nəticələrə səbəb ola biləcəyini iddia edən Erbaş əlavə edib:

"Covidin ölümcüllüyünü hantavirusla müqayisə etmək belə mümkün deyil. Bütün fond bazarları dağılacaq. Hər kəs illərlə evindən çıxa bilməyəcək. Bir çox şey bitə bilər. Bir gündə rəqəmsal dünyaya keçə bilərik. 15 il ərzində 34 yoluxma halı və 11 ölüm halı var idi. Bu virus yayılır".

Aygün
Medicina.az