1960-cı illərdə biofizik Robert Bekerin Kaliforniyada başladığı eksperiment dünyanı heyrətə gətirdi.
“Medicina.az” xəbər verir ki, alimlər müəyyən 7,83 QS tezlikli elektromaqnit dalğaları ilə insan hüceyrələrinə təsiri sınamışdı.
Nəticədə hüceyrələr 3 dəfə daha sürətli bərpa olunmağa başladılar. Köhnə toxumalar isə gəncləşdi. Lakin bu elmi araşdırmanın ptorokolları üzə çıxarılmadan məxfiliyə alındı.
1 il sonra Bekerin laboratoriyası bağlandı. Rəsmi olaraq maliyyə çatışmazlığı göstərildi.
Amma jurnalistlər Beker və komandasına çıxış əldə edə bilmədi, çünki rəsmi qapalı iclasdan sonra bu alimlərlə rabitə, əlaqə kəsildi.
Amma komandada olan assistentlərdən biri qaçıb canını qurtarmağı bacarmışdı. O, jurnalistlərə bəzi sənədlərin surətini ötürdü. Orda deyilirdi, Yerin Şuman rezonansına yaxın 7,83 tezliyi hüceyrələrin mitoxondriləri ilə bərabər sinxronizə edir. Bu tezlik qocalma prosesini ləngidir, rezonansı dəyişir.
Bu material dərc olunandan sonra assistenti ölü tapdılar, onun cəmi 34 yaşı var idi.
Alimlər Bekerin materiallarına giriş əldə edə bilmirlər, çünki onlar 2062-ci ilə qədər “Milli təhlükəsizliyə təhlükə” şifrəsi ilə kodlanıb.
Bu gün Şuman tezliyi adı altında alimlərin hələ də sirri aça bilmədiyi elektromaqnit dalğaları rəsmi olaraq qəbul edilməyib.
Aygün Musayeva