Yaşlılıqda fiziki məşqlərə başlamaq sağlamlığa necə təsir göstərir?

  • 2024.06.20 13:00
  • 606 Baxış
Yaşlılıqda fiziki məşqlərə başlamaq sağlamlığa  necə təsir göstərir?
Danimarka Universitet Xəstəxanasının əməkdaşları idmanla məşğul olmağa başlayan yaşlı insanların bir neçə il güclü qaldığını və onların daha uzun ömür sürə biləcəyini göstərən araşdırma aparıblar.

Medicina.az xəbər verir ki, Tədqiqat zamanı 62 yaşdan yuxarı 349 insan fiziki məşqlərin sağlamlığa və əzələ gücünə necə təsir göstərə biləcəyini öyrənmək məqsədilə dörd il ərzində müşahidə olunub.

Tədqiqat iştirakçıları üç qrupa bölünüb. onların üçdə biri idman zalında bir il ərzində ağır çəki ilə məşq edib, ikinci üçdəbiri eyni müddət ərzində elastik bantlar ilə orta intensivlikdə bədən çəkisi məşqləri edib, qalan qrupa isə gündəlik həyat tərzi sürməyə icazə verilib.

“BMJ Open Sports & Exercise Medicine” elmi jurnalında dərc edilən nəticələr intensiv məşqlə məşğul olan qrupun ayaq gücünü saxladığını, digər qruplarda iştirak edənlərin isə itirdiyini göstərib.

“Nəticələr bir qədər təəccüblüdür, lakin məmnuniyyətlə demək istəyirəm ki, bir il məşq etməklə həqiqətən də fiziki inkişafa təsir etmək olar. Hətta qocalıqda belə fiziki məşqləri bir qədər artırmalısınız”, – deyə Kopenhagendəki Bispebyerq xəstəxanasının idman tibbi üzrə mütəxəssisi Mads Blox-İbenfeldt bildirir.