Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zülal pəhrizi bəzi insanlar üçün çox təhlükəlidir - Yeni araşdırma

  • 2024.07.24 18:58
  • 1145 Baxış
Zülal pəhrizi bəzi insanlar üçün çox təhlükəlidir -  Yeni araşdırma
Zülal pəhrizləri bədəndə xüsusi bir ferment - GDH olmadıqda təhlükəlidir.

Medicina.az xəbər verir ki, bunu Cenevrə Universitetinin alimləri müəyyən ediblər.

Həddindən artıq zülal istehlakının ammonium istehsalını əhəmiyyətli dərəcədə artırdığı məlum olub. Bu da orqanizmdə GDH fermentinin çatışmazlığı olduqda qaraciyəri həddən artıq yükləyə və nevroloji pozğunluqlara səbəb ola bilər.

Araşdırmanın nəticələri “Journal of Biological Chemistry”də dərc olunub.

Heyvan və ya bitki zülalları ilə zəngin pəhrizlər həm də “Paleolit dövrü” pəhrizi kimi tanınır. Bu pəhrizlər adətən 2-ci tip diabeti sabitləşdirmək və çəki azaltmaq üçün təyin edilir. Bununla belə, həddindən artıq zülal bəzi hallarda sağlamlıq üçün təhlükə yarada bilər. Tədqiqatçılar bu qənaətə GDH fermenti olmayan siçanlar üzərində aparılan təcrübə nəticəsində gəliblər. Qaraciyərdə bu fermentin olmaması orqanizmin zülal parçalanma məhsulu olan zəhərli ammoniumu çıxara bilməməsi ilə nəticələnir. Tədqiqata normal GDH tənzimləməsi olan siçanlar da daxil edilib. Alimlər müəyyən ediblər ki, GDH olmayan siçanlarda ammoniumun qaraciyərdə yığılması maddələr mübadiləsində və qan turşu-qələvi balansında dəyişikliklərə səbəb olub.

Tədqiqatçıların fikrincə, ammonium beyinə və bütövlükdə orqanizmə zəhərli təsir göstərə bilər və nevroloji xəstəliklərə də səbəb ola bilər.

Qeyd edilib ki, GDH ferment çatışmazlığı insanlarda da baş verir. Belə insanlar üçün zülallarla metabolik yüklənmə çox təhlükəlidir.


Aysel