Azərbaycan Dəmir Yollarında koronavirus təşvişi - Bir əməkdaşda virus aşkarlanıb?

  • 2020.05.07 19:36
  • 1821 Baxış
Azərbaycan Dəmir Yollarında koronavirus təşvişi  - Bir əməkdaşda virus aşkarlanıb?

Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşlarından birində koronavirusa yoluxma aşkarlanıb.

Medicina.az xəbər verir ki, oxu.az-a daxil olan məlumatda bildirilib ki, QSC-nin Kadrlar Şöbəsinin əməkdaşlarından birinin yeni növ koronavirusa (COVİD-19) yoluxması müəyyənləşdirilib.

Hazırda Azərbaycan Dəmir Yolları QSC-nin mərkəzi binasında iş dayandırılıb və əməkdaşlara bildirilib ki, ən az bir həftə müddətində idarə binasına giriş mümkün olmayacaq. Sözügedən əməkdaşın iş zamanı kimlərlə kontaktda olması müəyyənləşdirilir.

İlkin məlumata görə Kadrlar Şöbəsinin bütün əməkdaşları iki həftəlik karantinə götürüləcəklər.