Azərbaycan əhalisinin sayı açıqlanıb

  • 17 İyn 2022 15:09
  • 4509 Baxış
Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 173 178 nəfərə çatıb.


Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.