Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq 12–14 dekabr 2025-ci il tarixlərində keçiriləcək XIV Milli Kardiologiya Konqresi çərçivəsində 13 dekabr 2025-ci il tarixində AKC İB-nə sədr seçkisi təşkil olunacaqdır.
"Medicina" xəbər verir ki, 2026–2027-ci illər üzrə AKC İB-nə sədri postuna bu dəfə qadın kardioloqun namizədliyi irəli sürülüb.
O, t.e.d. Rüstəmova Yasmin Kamran qızıdır. Yasmin Rüstəmova
Avropa və Amerika Kardiologiya Cəmiyyətilərinin fəxri üzvüdür.
(FESC və FACC), Cardiac Magnetic Resonance Atlas: 101 Clinical Cases” adlı klinik atlasın (Springer) həmmüəllifi, həmçinin 60-dan çox elmi nəşrin müəllifidir.
Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının kardioloqudur.