Azərbaycan və Türkiyədə koronavirus xəstələrinə verilən dərmanlar – İnanılmaz FƏRQ

  • 27 Noy 2020 16:56
  • 2095 Baxış
Azərbaycan və Türkiyədə koronavirus xəstələrinə verilən dərmanlar  – İnanılmaz FƏRQ


İstənilən ölkədə evdə müalicə alan koronavirus xəstələrinə Səhiyyə Nazirliyi tərədindən dərman paketi verilir. Bu paketin içərisində məhz virusu müalicə edəcək preparatlar olmalıdır.

Lakin Türkiyədə evdə xəstələrə verilən dərmanla Azərbaycanda verilən dərmanlar arasında yerlə göy qədər fərq var.
Medicina.az xəbər verir ki, nevroloq Qalib Əsədov bu paketləri müqayisə edib.

“Birinci şəkildə Türkiyədə xəstəyə verilən müalicə paketidir. Göründüyü kimi burda effekti sübut olunan antivirall preparat Favicovir də var.

İkincidə isə Azərbaycanda evdə xəstələrə verilən dərmanlardır.
Heç bir antiviral dərman yoxdur, sadəcə vitaminlər.

Heç olmasa lazımi dərmanları apteklərə verin insanlar pulu ilə alsın.

Bizdə də bu dərmanı tapmaq mümkündür. Amma qara bazardan 500-600 manata. Amma hardan, heç mən də bilmirəm”

Qeyd edək ki, Səhiyyə Nazirliyinin evdə COVİD xəstələrinə ayırdığı dərmanları ölkə üzrə də bütün xəstələr almır. Məsələn Xırdalan, Binəqədi, Sumqayıt, Yasamalda konkret real xəstələr olub ki, poliklinikalar onlara bu paketlərin belə ayrılmadığını və heç nə verə bilməyəcəklərini bildirib.


Səhiyyə Nazirliyi ya bu milyonlarla dövlət pulu hesabına alınan mənasız paketi ləğv etsin, ya da digər ölkələrdən paket nümunəsi götürsün.