Azərbaycana ən son kovid dərmanları gətiriləcək

  • 2022.02.26 13:30
  • 2375 Baxış
Azərbaycana ən son kovid dərmanları gətiriləcək

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur.

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Sədr bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirik:

“ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Biz də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar bu dərmanların effektivliyini təsdiq etsələr, o zaman həmin dərmanlar gətiriləcək”.