Azərbaycanda tarix elmləri doktoru, professor, əməkdar müəllim Xəlil Süleyman oğlu Köçərli 100 yaşında vəfat edib.
Medicina.az xəbər verir ki, X. Köçərli 1925-ci ildə Gədəbəydə anadan olub.
O, 50 il Azərbaycan Dövlət Pedaqoji Universitetində professor olaraq çalışıb. Qarabağla bağlı bir neçə elmi məqalənin müəllifidir.
Professorun sağlığında heç bir ciddi problem olmayıb və o, qəfildən vəfat edib.
Qeyd edək ki, Xəlil Köçərli “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin əmisi idi/
Allah rəhmət eləsin!