Azərbaycanda 1013 nəfər koronavirusdan sağalıb – Ən çox yoluxma bu rayonlardadır

  • 2020.04.24 19:24
  • 2866 Baxış
Azərbaycanda 1013 nəfər koronavirusdan sağalıb –  Ən çox yoluxma bu rayonlardadır


“Azərbaycanda gündəlik yoluxma statistikasında azalma meyli vardır. Yaşadığımız pik nöqtədən sonra eniş başlayıb. Əgər karantin tədbirləri olmasaydı, təsəvvür edin ki, bizi hansı rəqəmlər gözləyirdi? Nəzərə alın ki, bir xəstə insan 30 yoluxma deməkdir”


Medicina.az xəbər verir ki, bunu brifinqdə Təbib rəhbəri Ramin Bayramlı bildirib.

Azərbaycan ərazisi üzrə Bakıda 50%-dən yuxarı yoluxma təşkil edir. Xaricdən idxal olunan infeksiya fəalları 14% təşkil edir.

Bakıda Yasamal və Binəqədi rayonlarında yoluxma daha çoxdur.

İkinci yerdə Aran əraziləri, III yerdə Lənkəran rayonu gəlir. Elə rayonlar var ki, orda yoluxmanı sıfırlamaya nail olmuşuq.