Azərbaycanda 7420 nəfər koronavirus testindən keçdi

  • 2020.05.09 23:24
  • 10609 Baxış
Azərbaycanda 7420 nəfər koronavirus testindən keçdi
Bu gün Azərbaycanda koronavirusla bağlı 7 420 test keçirilib.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə ölkədə virusla bağlı 188 950 test keçirilib.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 143 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə virusa yoluxma sayı 2 422, ölüm sayı 31, sağalan xəstələrin sayı isə 1 620-dir.

Hazırda 771 aktiv virus xəstəsinin 22-si reanimasiyadadır, 9-u isə süni tənəffüs cihazına qoşulub.