Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 8-ci sinif şagirdi ÖLDÜ

  • 2021.10.21 15:13
  • 2009 Baxış
Azərbaycanda 8-ci sinif şagirdi  ÖLDÜ

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.

Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.