Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb.
"Medicina.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.
Statistika göstərir ki, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə 73 816, 2024-cü ildə 78 245 olub.
Ötən il kontrasepsiya vasitələrindən istifadə edən qadınların sayı 31 586 olub.
medicina.az