Azərbaycanda ağciyərdə narkozsuz əməliyyat - İLK DƏFƏ

  • 2021.01.09 17:16
  • 2189 Baxış
Azərbaycanda  ağciyərdə narkozsuz əməliyyat  - İLK DƏFƏ

Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsində ilk narkozsuz ağciyər əməliyyatı keçirilib.



Medicina.az xəbər verir ki, əməliyyatı tibb elmləri üzrə fəlsəfə doktoru, torokal cərrah Cəmil Ələkbərov icra edib.


Həkimin sözlərinə görə, xəstənin diaqnozu ağciyərin bullyoz kistası, gərgin hemopnevmatoraks, dərialtı enfizema olub.



“Əməliyyat zamanı anestezioloq-reanimatoloq Kənan Əhmədov interkostal blok etdi və xəstə ağrı hiss etmədi. Əməliyyat 20 dəqiqə çəkdi, xəstə danışa-danışa endoskopik yolla ağciyər əməliyyatı icra olundu. Ağciyərin defekti və kistası ləğv edildi, qanaxma saxlanıldı”



Cərrah Ələkbərov əlavə edib ki, əməliyyatdan 2 saat sonra 28 yaşlı xəstə ayağa qalxıb, sərbəst şəkildə gəzib, qida qəbuluna başlayıb:

“Halbuki narkoz alan xəstə yalnız bir gün sonra qalxıb gəzə bilər və maye, qida qəbul edə bilər. Narkoz verilən xəstələr də əməliyyat daha çox vaxt aparır, narkozdan ayılmaq üçün zaman lazımdır. Həddindən artıq çox dərman istifadə edilir. Xəstələr narkozdan sonra çox halsız vəziyyətdə olurlar. Yalnız narkotik tərkibli ağrıkəsici vurulur. Narkozsuz Ağciyər əməliyyatından sonra isə sadə ağrıkəsici vurulur, xəstə tez bərpa olur. 2-3 saat sonra sanki xəstə heç əməliyyat olmayıb. Heç bir narahatlıq olmur”.