Azərbaycanda karantində saxlanılanların sayı dörd mini ötdü - RƏSMİ

  • 2020.03.30 18:02
  • 5819 Baxış
Azərbaycanda karantində saxlanılanların sayı dörd mini ötdü    - RƏSMİ

Azərbaycanda bu günə qədər koronavirus şübhəsi ilə karantinə yerləşdirilən şəxslərin sayı açıqlanıb.


Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edilib ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.