Azərbaycanda banan 3 manat oldu- Rekord qiymət

  • 2022.11.24 15:16
  • 818 Baxış
Azərbaycanda banan 3 manat oldu - Rekord qiymət

Azərbaycanda bananın qiyməti artıb.

Bakupost.az xəbər verir ki, 2021-ci ilin sonunda 2-2.10 manata qədər bahalaşan bananın qiyməti bu ilin yanvar ayında 2.70 manata qalxmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kilosu 3 manata satılır.

Satıcılar artımı topdansatış mərkəzlərinin qiyməti qaldırması ilə izah edirlər.

""Meyvəli"də qiyməti qaldırıblar. Biz baha alırıq. 3 manata satanda bizə kilosunda 20 qəpik qazanc olur", - deyə satıcılardan biri bildirib.
Beləliklə banan son 2 ildə 50% bahalaşan qida məhsuludur.

Aygün
BakuPost