"HPV vaksini bir neçə il ərzində Azərbaycan milli peyvənd təqviminə salına bilər"
"Medicina" "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə deyib.
"Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdədir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə də tələb olunur".
HPV vaksini insan papillomavirusuna (HPV) qarşı qorunmaq üçün istifadə olunan peyvənddir. Bu peyvənd HPV-nin səbəb olduğu bəzi xərçəng növlərini və cinsiyyət orqanlarında yaranan ziyilləri önləməyə kömək edir. Vaksinasiya, xüsusilə gənclər üçün tövsiyə olunur, çünki HPV-yə yoluxma riskini azaltmağa kömək edir.
Medicina.az