Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu xəstəliklərə yoluxma azalıb

  • 2024.01.17 13:16
  • 1170 Baxış
Azərbaycanda bu xəstəliklərə yoluxma  azalıb
Ötən ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara, ağciyər vərəmi ilə xəstələnmə halları azalıb.

Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.


Səhiyyə Nazirliyin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Həmçinin qeyd edilib ki, göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.