Azərbaycanda daha 11 nəfər koronavirusdan sağaldı

  • 2020.03.30 17:06
  • 918 Baxış
Azərbaycanda daha 11 nəfər koronavirusdan sağaldı



Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, yoluxanlardan daha 11 nəfəri sağalaraq evə yazılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu vaxta kimi 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.