Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı

  • 2020.04.06 15:44
  • 1498 Baxış
Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı
Azərbaycanda koronavirusdan sağalanların sayı artıb.


Operativ Qərargahdan verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan daha 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Qeyd edək ki, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxan 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.