Bu günün koronavirus statistikası: 314 yeni yoluxma

  • 04 Mrt 2021 16:49
  • 535 Baxış
Bu günün koronavirus statistikası: 314 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Bakupost"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib. Hazırda 3 148 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 2 627 991 test icra olunub.