Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu - RƏSMİ

  • 2020.04.15 17:14
  • 1164 Baxış
Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu     -   RƏSMİ

“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, 53 sağalma var:

“Fevralın 28-dən Azərbaycanda ilk koronavirus qeydə alınan vaxtdan aprelin 12-dək bir dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuz qeyd edə bilərik”.