Daha bir tanınmış şəxsdə xərçəng tapıldı

  • 2019.01.30 14:03
  • 9705 Baxış
Daha bir tanınmış şəxsdə xərçəng tapıldı
 

Aparıcı Tahirə Məmmədqızı ağır xəstəlikdən əziyyət çəkir.


Medicina.az xəbər verir ki, o, sosial şəbəkədə məlumat yayıb. Aparıcı bildirib ki, bədənində şiş tapılıb və bu səbəbdən əməliyyat olunacaq: "10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacağam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacağam".

 

Qeyd edək ki, Azərbaycanda son bir neçə ildə xərçəngə tutulanlar arasında tanınmış şəxslər də kifayət qədərdir. Onlar arasında "toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva, aparıcılar Zümrüd Qasımova, Ceyran Nəriman, jurnalist Nigar İsmayılqızı da var.