Azərbaycanda doğulan beşəmlərdən biri öldü

  • 2021.07.02 15:23
  • 2149 Baxış
Azərbaycanda doğulan beşəmlərdən biri öldü
Azərbaycanda ilk dəfə iyunun 12-də dünyaya gələn beşəmlərdən biri vəfat edib.

Medicina.az xəbər verir ki, hazırda kliikada digər uşaqların müalicəsi davam edir.

Dördü oğlan, biri qız doğulan beşəmlərdən biri- oğlan körpə vəfat edib.

Beşəmlər çox az çəki ilə vaxtından əvvəl doğulmuşdular və vəziyyətləri ağır idi.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə dünyaya gələn beşəmlərin anası 29 yaşlı Lamiyə Mürşüdlüdür. Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.