Azərbaycanda əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir - SİYAHI

  • 2018.11.26 15:43
  • 9466 Baxış
Azərbaycanda əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir -  SİYAHI

Azərbaycanda əhalinin 2017-ci ildə daha çox hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanıb.




Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, həmin xəstəliklərin statistikası aşağıdakı kimidir:




Ötən il 1 875 652 nəfərdə xəstəlik qeydə alınıb. 




REKLAM




facebook.com




Daha ətraflı

Native Video by Adributor




Bəzi infeksion və parazitar xəstəliklər -  124 457 nəfər




Yenitörəmələr - 12 082 nəfər 




Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 67 779 nəfər




Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və  qidalanma  pozuntuları -  47 476 nəfər




Psixi pozuntular və davranış pozuntuları - 10 281 nəfər




Sinir sistemi xəstəlikləri - 72 306 nəfər




Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı

Göz və gözün əlavə aparatının xəstəlikləri - 69 261 nəfər 




Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi -  46 188 nəfər 




Qan dövranı sisteminin xəstəlikləri - 143 182 nəfər 




Tənəffüs orqanlarının xəstəlikləri - 735 922 nəfər 




Həzm sisteminin xəstəlikləri - 160 801 nəfər




Dəri və dərialtı toxumanın xəstəlikləri - 43 020 nəfər




Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 29 486 nəfər




Sidik-cinsiyyət sisteminin xəstəlikləri - 107 333 nəfər




Hamiləlik, doğuş və zahılıq - 64 670 nəfər 




Perinatal dövrdə meydana çıxan xüsusi hallar - 8 387 nəfər 




Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 3 665 nəfər




Digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan  kənara çıxma halları - 10 884 nəfər




Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 118 472 nəfər 




Xəstəlikdən ölüm hallarına, əsasən, qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur. 




Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün – 72,8 yaş, qızlar üçün isə – 77,6 yaş olub.