Azərbaycanda gənc alim qəfil vəfat etdi

  • 2024.01.30 17:39
  • 670 Baxış
Azərbaycanda gənc alim qəfil vəfat etdi


Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Pirağa Əyyub oğlu İsmayılzadə vəfat edib.

"Medicina" xəbər verir ki, 1977-ci il təvəllüdlü Pirağa İsmayılzadənin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.


Əslən Neftçala rayonundan olan mərhum tarix üzrə fəlsəfə doktoru, dosent idi.


Allah rəhmət eləsin!