Azərbaycanda həftə sonları məhdudiyyətlər tətbiq oluna bilər – TƏBİB SƏDRİ

  • 2020.05.09 17:31
  • 2374 Baxış
Azərbaycanda həftə sonları məhdudiyyətlər tətbiq oluna bilər  – TƏBİB SƏDRİ

Ola bilsin bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik.


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı brifinqdə bildirib ki, xüsusilə bəzi bölgələrdə yoluxma saylarında artım müşahidə olunur:

"Biz bu sayın artacağını gözləyirdik. Tibb müəssisələrimiz buna tamamilə hazırdır. Vətəndaşlarımızı daha məsuliyyətli olmağa dəvət edirik. Bundan sonra bu təşviqat materialları şəhərdə billboardlarda, hər yerdə nümayiş olunacaq.
Yoluxma sürəti insanların qaydalara əməl etməsindən asılıdır.

Sərt karantin rejimindən çıxdıqdan sonra dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsi ilə bağlı müəyyən təcrübə var. Türkiyədə həftə sonlarında insanların küçəyə çıxmasına məhdudiyyət qoyulur. Biz Azərbaycanda statistik məlumatlara yaxından izləyirik. Ola bilsin bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik".