Azərbaycanda həkim-terapevtin anası öldü - "Anamı öldürüblər, özü yıxılmayıb"

  • 2022.06.06 15:42
  • 3440 Baxış
Azərbaycanda həkim-terapevtin anası öldü  -  "Anamı öldürüblər, özü yıxılmayıb"

Həkim-terapevt Aysel Əskərovanın anası ölüb. Hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib.

Medicina.az xəbər verir ki. həkim anasının öz əcəli ilə ölmədiyini deyir.

“Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

“Qafqazinfo” məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, anasının meyiti üzərində xəsarət izləri var.

“Anam 1965-ci il təvəllüdlüdür. Bacımın qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından isə hadisənin araşdırıldığını bildiriblər.