Azərbaycanda iki yaşlı körpə yanıq xəsarətlərindən öldü

  • 2021.10.21 17:15
  • 1037 Baxış
Azərbaycanda iki yaşlı körpə yanıq xəsarətlərindən öldü

Azərbaycanda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

Medicina.az xəbər verir ki, 2019-cu il təvəllüdlü Damla Quliyeva yanıq xəsarətləri ilə Abşeron rayonundakı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.