Azərbaycanda ilk - Ağciyərlərdə EBUS müayinəsi

  • 2021.12.15 14:30
  • 2250 Baxış
Azərbaycanda ilk -  Ağciyərlərdə EBUS müayinəsi
Azərbaycan Torakal Cərrahiyyə və İnvaziv Endoskopiya komandası daha bir müasir mərhələni uğurla tamamlayıb və ölkə səhiyyəsi daha bir səviyyə irəliyə addım atıb.

Medicina.az xəbər verir ki, komanda 2 xəstəyə diaqnostik məqsədli EBUS (endobronxial (bronxdaxili) USM) müayinəsi icra edib.

Sağ ağciyərin yuxarı payının mərkəzi yerləşimli və diaqnostik çətinlik törədən törəmədən EBUS vasitəsi ilə biopsiyalar alınıb.

Müayinənin həhyata keçirilməsində həkim Fərid Quliyev və Milli Onkologiya Mərkəzinin rəhbərliyi böyük dəstək göstərib.