Azərbaycanda ilk dəfə VALVE İN VALVE TAVİ əməliyyatı keçirildi

  • 2023.11.24 15:18
  • 1512 Baxış
 Azərbaycanda ilk dəfə   VALVE İN VALVE TAVİ əməliyyatı keçirildi

Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında VALVE İN VALVE TAVİ əməliyyatı uğurla icra edilib.



"Medicina" xəbər verir ki, əməliyyat 80 yaşlı xəstə üzərində icra olunub.


1 il əvvəl açıq ürək əməliyyatı keçirilən və ürəyin aorta qapağı dəyişən xəstə ciddi təngnəfəslik və boğulma şikayətləri ilə xəstəxanada yataraq sidikqovucu müalicə almaq məcburiyyətində qalmışdır. Xəstə üzərində aparılan müayinələr zamanı aorta qapağında ciddi darlıq olduğu müəyyən edilib.

Ürək damarında da darlıq olan xəstə yenidən əməliyyata götürülüb. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və onun komandası tərəfindən ümumi anesteziya verilmədən eyni seansda ürək damarına stent və açiq cərrahi olaraq taxılan qapağın içinə yeni qapaq taxılaraq Azərbaycanda ilk dəfə olaraq VALVE İN VALVE TAVİ əməliyyatı uğurla icra edilib.