Azərbaycanda ilk: mikroskopla neyrocərrahi əməliyyat icra olundu

  • 18 İyl 2022 15:10
  • 598 Baxış
Azərbaycanda ilk:  mikroskopla  neyrocərrahi    əməliyyat icra olundu

Kliniki Tibbi Mərkəzdə (KTM) tibb sahəsində ən müasir texnologiya hesab olunan TİVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.



Medicina.az xəbər verir ki, Almaniyanın ZEİSS şirkətinin istehsalı olan bu mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda - Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib. Artıq bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz bu Mərkəzdə icra ediləcək.



Əməliyyatlar zamanı yüksək keyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı, əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir.



Artıq Kliniki Tibbi Mərkəzdə TİVATO 700 mikroskopu vasitəsi ilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb.



Mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir.