Bunu ölkəmizdə koronavirusa yoluxmuş şəxslərin müalicə olunduğu karantin xəstəxanalarından birinin həkimi Aydın Əliyev deyib. Həkim bildirib ki, yoluxma halları hər yaşdan olan insanları əhatə edir. Odur ki, virusa qarşı peyvənd tapılana qədər yeganə çarə evdən çıxmamaq, karantin tələblərinə riayət etməkdir. Həkim işlədiyi karantin xəstəxanasında hazırda 80-nə yaxın şəxsin müalicə olunduğunu bildirib.