Azərbaycanda koronavirus testindən neçə nəfər keçib?

  • 2020.04.04 22:45
  • 2500 Baxış
Azərbaycanda koronavirus testindən neçə nəfər keçib?
Azərbaycanda koronavirusla bağlı 4 aprel tarixinə olan göstəricilər açıqlanıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Medicina.az-a verilən məlumata görə, indiyədək ölkədə 41 673 test aparılıb.


Son sutkada aparılan test sayı isə 3 806-ya bərabərdir. Aparılan testlərdən 78-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, ölkədə indiyədək 521 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri dünyasını dəyişib. Aktiv xəstələrin sayı isə 484-dür.