Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirus xəstələrinin yaş təsnifatı- Hansı yaşda yoluxan çoxdur?

  • 2020.04.17 11:54
  • 4369 Baxış
Azərbaycanda koronavirus xəstələrinin yaş təsnifatı - Hansı yaşda yoluxan çoxdur?


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.

Medicina.az xəbər verir ki, Təbib sədri Ramin Bayramlı Azərbaycanda koronavirusa yoluxma hallarında qeydə alınan yaş qrupları ilə bağlı da məlumat verib.

Məlumata əsasən Azərbaycanda 0-9 yaş arası 66 nəfər, 10-19 yaş arası 60 nəfər, 20-29 yaş arası 175 nəfər, 30-39 yaş arası 214 nəfər, 40-49 yaş arası 198 nəfər, 50-59 yaş arası 248 nəfər, 60-69 yaş arası 157 nəfər, 70-79 nəfər yaş arası isə 56 nəfər virusa yoluxub.

R.Bayramlı uşaqların səhhətində ciddi problemin olmadığını və onların nəzarət altında olduqlarını bildirib.