Azərbaycanda koronavirusa bir gündə iki mindən çox insan yoluxdu

  • 2020.11.15 17:29
  • 16651 Baxış
Azərbaycanda koronavirusa bir gündə iki mindən çox insan yoluxdu
Azərbaycanda koronavirusa (COVID-19) 2259 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 21 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 19571 nəfərdir.

Ölkədə son sutka ərzində 13377, hazırkı dövrədək isə 1516084 test aparılıb. Ümumi ölənlərin sayı 967 nəfərdir. Ümumi yoluxanların sayı 75688 nəfər, ümumi sağalanların sayı 55150 nəfərdir.