Azərbaycanda koronavirusla bağlı son vəziyyət

  • 2020.05.07 22:48
  • 2455 Baxış
Azərbaycanda koronavirusla bağlı  son vəziyyət
TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlayıb.

Medicina.az xəbər verir ki, son sutka ərzində ölkədə koronavirusla bağlı 6120 test edilib. Bununla da ölkə ərazisində indiyə qədər edilən testlərin sayı 175 910-a çatıb.


Reanimasiyada olan xəstə sayı 25, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.

Xatırladaq ki, bu gün Azərbaycanda 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.