Azərbaycanda körpələrdən topuq testi - götürülürmü?

  • 04 May 2022 15:49
  • 827 Baxış
Azərbaycanda körpələrdən topuq testi    - götürülürmü?


UNICEF-in dəstəyi ilə “Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Merkəzi və Sumqayıt Perinatal Mərkəzində həkim neonatoloqlar tərəfindən “Neonatal skrininq” həyata keçirilməyə başlayıb.

UNİCEF Azərbaycan-dan verilən xəbərə görə, neonatal skrininqlərdə - topuq testi götürülərək irsi xəstəliklərin diaqnostikası aparılır.


Müayinə nəticəsində xəstəlik aşkar olunduqda və ya şübhəli testlərdə ailə ilə əlaqə saxlanılaraq aidiyyatı ilkin səhiyyə müəssisəsinə məlumat verilir.

Qeyd edək ki, topuq testi vasitəsilə yenidoğulmuş uşaqlarda beş irsi xəstəliyin diaqnostikası həyata keçirilir və beləcə xəstəliklərin erkən aşkarlanması və ağır nəticələrin əmələ gəlməsinin qarşısını almağa köməklik edir.